<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Narahatdır vuran ürək, bilmir insan getsin hara? İL330</title>
<lyrics>[V1]
 Narahatdır vuran ürək, bilmir insan getsin hara?
 İtsə ümid, arzu, dilək, sənə İsada var çarə.

[C1]
   Bizə qurban getdi İsa, budur İlahi məhəbbət,
   Kim Onu sevsə, tanısa, tapar xoşbəxtlik, səadət.

[V2]
 Əgər işin düşsə dara, əgər günün olsa qara,
 Qəlbinə vursalar yara, yenə İsada var çarə.

[V3]
 Ölüm çəksə səni dara, qalmasa heç ümid, çarə,
 Düşsən sağalmaz azara, yenə İsada var çarə.

[V4]
 Gəl İsaya, gəl bu Nura, qışın çevrilsin bahara,
 İmansızlıq etmə daha, sənə İsada var çarə.</lyrics>
<hymn_number>330</hymn_number>
</song>